Nəhəngə ürəyi qalib gəldi

Nəhəngə ürəyi qalib gəldi

6 Sentyabr 2012 16:51
Bəyəndim (0) Bəyənmədim (0)
Məşhur aktyor artıq aramızda yoxdur

"Yaşıl yol" filmi ilə tanınan amerikalı aktyor Maykl Klark Dankan vəfat etdi. Aktyorun nişanlısı Omarosa Maniqult verdiyi açıqlamada bildirib ki, mərhum bu ilin 15 iyulunda infarkt keçiribmiş. Həmin vaxtdan etibarən xəstəxanada müşahidə altında tutulan Maykl nə yazıq ki, verdiyi mücadələdən məğlub kimi ayrıldı. O, 54 yaşında ürək çatışmamazlığından gözlərini əbədi olaraq yumdu.

1999-cu ildə mavi ekranda görünən və Tom Hanks ilə rol paylaşan Maykl "Yaşıl yol" filmindəki Con Koffey obrazı sayəsində "Ən yaxşı yardımcı aktyor" nominasiyasında "Oskar"a layiq görülmüşdü. Bundan başqa, o, aralarında "Kunq Fu Panda", "Armegedon" kimi bir çox filmdə rol alıb.

Günel Həbib

O.M.