Barış Manço dünyaya qayıdır

Barış Manço dünyaya qayıdır

6 Sentyabr 2012 15:12
Bəyəndim (0) Bəyənmədim (0)
O, Maykl Ceksondan xəbər gətirir...

Haldun Dormen 1999-cu ildə vəfat edən Baış Manço üçün oyun yazdı. Sənətçinin həyat yoldaşının istəyinə əsasən qollarını çirmələyən usta ssenarisini yazdığı teatr oyununun rejissorluğunu da boynuna götürdü. Dormen, "Nə tam musiqili, nə də tam konsert kimi olacaq. Bu, dəyişik bir şeydir", - dedi. Haldun Dormenin qələmi sayəsində Barış Manço ölümünün ardından yenidən bu dünyaya göndəriləcək. Oyunda Mançonun "digər tərəfdə" Maykl Cekson, Edith Piaf kimi populyarlarla girdiyi dialoqlar da yer alacaq. Geriyə isə Mançoya can verəcək aktyor qalır. Bunun üçünsə yarışma keçiriləcəyi gələn xəbərlər arasındadır.

Günel Həbib

O.M.