Brus Uills texnologiya nəhənginə qarşı mübarizəyə başlayır

Brus Uills texnologiya nəhənginə qarşı mübarizəyə başlayır

6 Sentyabr 2012 14:50
Bəyəndim (0) Bəyənmədim (0)
"Apple" qanununu heçə sayacaqmı?

57 yaşlı Hollivud ustası Brus Uills "Apple" şirkətini məhkəməyə verməyə hazırlaşır. Belə ki, aktyor digital musiqi arxivini Rumer, Skout və Talullah adlı üç qızına miras qoymaq istəyir. Lakin "Apple"nin "iTunes"u vasitəsi ilə endirilən bütün musiqilər kim tərəfindən yüklənilibsə, ona da aid olur. Həmin insan o musiqiləri başqa birinə verə, başqa cihaza köçürə, paylaşa bilməz. Əks təqdirdə, "Apple" dərhal avtomatik olaraq həmin insanın hesabını dondurur və əlinizdəki cihazdan istifadə etməniz mümkünsüz hala çevrilir. Bax, bu durumdan şikayətçi olan Brus da vəkilləri ilə məsləhətləşdikdən sonra "Beatles", "Led Zeppelin" kimi bir çox əfsanənin onda olan musiqi arxivi üçün qanuni yola əl atmaq fikrinə düşüb. Minlərlə dollar ödəyərək, yüklədiyi musiqiləri ondan sonra qızlarına qalmasını istəyən star eyni sıxıntı içində olan milyonlarla insan üçün parıldayan ulduza çevrilib. Məhkəmə Brusun leyhinə nəticələnsə, "Alma"ya böyük bir zərbə vurulmuş olacaq. Bir sözlə, bu yaxınlarda filmlərdə dünyanın qurtarıcısı olaraq görməyə alışdığımız aktyor indi də məhkəmədə savaşacaq.

Günel Həbib

O.M.