Azərbaycanlı müğənni klip çəkilişındə

Azərbaycanlı müğənni klip çəkilişındə

6 Sentyabr 2012 13:29
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Roza Zərgərli cəsarətli addım ataraq, Bakıdakı məşhur bir otelin damında klip çəkdirir. Bu barədə Publika.Az-a müğənninin mətbuat katibi Yeganə Rzaxanova məlumat verib.
"Müğənni "Qəlbdən Sevən" adlı mahnısının klip çəkilişləri üçün Bakıdakı məşhur bir otelin damını seçib. Klipin rejissorluğunu da müğənni öz üzərinə götürüb. Ekran işinin operatoru Emin Hüseynovdur. Müğənnini Zamiq Hüseynovun rəhbərliyi altında ansambl müşayiət edib. Klipdə tamaşaçılar gənc aktyor Sultan Yusifzadəni görə bilərlər", - Y.Rzaxanova deyib.
R.Zərgərlinin obrazı üzərində məşhur azərbaycanlı stilist Anar Ağakişiyev çalışıb.

O.M.