
Elşən Xəzər xəstəxanalıq oldu
Meyxana ustası Elşən Xəzər əməliyyat oluna bilər. Publika.Az-a danışan meyxanaçı bildirib ki, hazırda Su-tikinti Xəstəxanasında müalicəsini davam etdirir. O, bu günə qədər səhhətində belə bir problemlə üzləşmədiyini deyib:
"Mədəaltı vəzidə yaranan ağrılara görə, həkimlər güclü müalicə proseduraları aparırlar. Hazırda müayinənin cavabını da gözləyirik. Müayinənin nəticəsindən çox şey asılıdır. Ola bilsin ki, əməliyyat olunum. Müalicəylə də sağalmaq ehtimalı var".
E.Xəzər onu da qeyd edib ki, xəbəri eşidənlər yanına gəlirlər, əlaqə saxlayırlar:
"Həmkarlarımın hamısı gəlirlər. Sağ olsunlar! Gündüzləri anam, axşam da ya prodüserim, ya da qardaşım yanımda olur. Allah köməkliyilə tezliklə ayağa qalxaram".
Qeyd edək ki, sentyabr ayının 4-də səhər saatlarında meyxana ustası Hacı Elşən Xəzərin vəziyyəti qəflətən pisləşib.
Mədəaltı vəzidə yaranan ağrılar səbəbi ilə meyxanaçı xəstəxanaya yerləşdirilib. Meyxana ustasının prodüseri Hacı Qurbanovun verdiyi məlumata görə Elşən Xəzərin vəziyyəti hazırda orta-ağır qiymətləndirir.
O.M.