Nigar Camalın ailəsində bədbəxt hadisə baş verdi

Nigar Camalın ailəsində bədbəxt hadisə baş verdi

5 Sentyabr 2012 12:28
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənninin atası ölüm ayağındadır

"Eurovision-2011"nin qaliblərindən olan Nigar Camalın atası Aydın Mütəllibzadə ciddi yanıq xəsarətiylə xəstəxanaya yerləşdirilib. 1news.az-xəbər verir ki, N.Camalın atası "Bakıelektrikşəbəkə"nin Maştağadakı yarımstansiyasında baş verən qəza nəticəsində 3-cü dərəcəli yanıq xəsarəti alıb. N.Camal baş verən hadisədən sarsıldığını deyib və hadisəni belə izah edib: "Avqustun 28-də Maştağa-Bilgəh magistralında yüksək gərginlikli yarımstansiyada aparılan işlər zamanı partlayış baş verib, nəticədə atam 3-cü dərəcəli yanıq xəsarətləri alıb. Hazırda onun vəziyyəti ağırdır.

Atamın təqaüdə çıxmasına 3 ay qalmışdı ki, bu faciə baş verdi. O, 45 ildir ki, orada çalışır".
Müğənni qeyd edib ki, hazırda atası 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib və həkimlər onun həyatını xilas etmək üçün hər şey edirlər.

O.M.