
İlhamə Quliyeva 4 günə evə buraxılacaq
Avqustun 25-də ürəyindən cərrahiyyə əməliyyatı olunan Azərbaycanın xalq artisti İlhamə Quliyeva 4 günə evə buraxılacaq. Bu barədə Apa-ya müğənninin prodüseri Lamiyə Ələkbərova məlumat verib. L. Ələkbərova bildirib ki, İ. Quliyeva özünü çox yaxşı hiss edir: "İlhamə xanım artıq ayağa qalxıb, gəzir. Həkimlər də vəziyyətini yaxşı qiymətləndirirlər. İnşallah 3-4 günə evinə gedib istirahət edəcək". L. Ələkbərova çoxlu insanın, sənət dostlarının, rəsmi şəxslərin İlhamə Quliyevanın ziyarətinə gəldiyini də vurğulayıb. Qeyd edək ki, İlhamə Quliyeva avqustun 25-də Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən cərrahiyyə əməliyyatı olunub.
O.M.
Digər xəbərlər