Rəhim Rəhimli nağıllarını satdı

Rəhim Rəhimli nağıllarını satdı

3 Sentyabr 2012 10:42
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni buna görə 4000 manat aldı.

Bəstəkar-müğənni Rəhim Rəhimli gənc müğənni Elvin Abbasov üçün yeni mahnı yazıb. "Nağıllar" adlanan bu mahnını Rəhim Rəhimli əvvəlcə özü oxumaq istəsə də, sonradan fikrini dəyişərək onu Elvinə 4000 manata satıb. Musiqisi Rəhimin özünə, sözləri Elvin Aydına məxsus "Nağıllar"da bek-vokalları da Rəhimli özü ifa edib. Bunu normal hesab edən Rəhim Rəhimli:

"Burada nə var ki? Dünyanın ən məşhur ifaçıları bek-vokallıq edirlər. Əslində bu, çox çətin işdir və təbii ki, mənim bəstələrimə məndən gözəl heç kim vokallıq edə bilməz" - deyə, bəstəkar-müğənni iddia etdi.

Elvin Abbasovun ifasında səslənən həmin "Nağıllar"ı ilk olaraq sizə də təqdim edirik:

http://www.youtube.com/watch?v=WgEDOM0DH7E

O.M.