“Miss Civilization Azerbaijan 2012” müsabiqəsi başa çatdı

“Miss Civilization Azerbaijan 2012” müsabiqəsi başa çatdı

29 Avqust 2012 09:58
1 309
Bəyəndim (0) Bəyənmədim (0)
Mətbuat konfransında müsabiqə ilə bağlı baş verən insidentə aydınlıq gətirildi

Dünən "İce Club"da Miss Civilization Azerbaijan 2012 Mədəniyyətlər Gözəli müsabiqəsinin yekunu ilə bağlı mətbuat konfransı keçirildi. Mətbuat konfransında müsabiqənin qalibi Aytac Ağacanova, müsabiqənin təşkilatçısı Kemal Cenk İçten və təşkilat komitəsinin sədri Fərid Bağırov jurnalistlərlə görüşüb onları maraqlandıran suallara cavab verdilər. Əvvəlcə Aytac Ağacanova haqda qısa məlumat verildi. Qeyd edildi ki, Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqədə ölkələr arasında 16 yaşlı Aytac Azərbaycanı təmsil edəcək. Jurnalistlərin qalibə "rəqibləriniz tərəfindən özünüzə mənfi münasibət gördünüzmü?"-deyə ünvanladıqları suala, Aytac belə bir münasibət görmədiyini, əksinə, hər kəsin onu səmimi təbrik etdiyini bildirdi. Eyni zamanda bildirdi ki, sentyabr ayında düzənlənəcək böyük finalda Azərbaycanı layiqincə təmsil etmək üçün yüksək dərəcədə cəhd edəcək.

Tədbir zamanı müsabiqənin finalında baş verən insidentlə bağlı suallar da cavablandırıldı. K.C.İçtən onu bildirdi ki, zərəçəkmiş münsif üzvi öz səhvinin ucbatından basqıya məruz qalıb. Üstəlik də müsabiqənin nüfuzunu düşünmədən, bundan öz reklamı üçün istifadə edib, hansı ki, bu da təşkilat komitəsi tərəfindən narazılıqla qarşılanıb. Mətbuat konfransında F.Bağırov bildirdi ki, həmin münsif – eyni zamanda təşkilatçılardan sayılan C.Aşkın müsabiqədən öz reklamı üçün sui-istifadə etdiyinə görə, müsabiqənin nüfuzuna xələl gətirdiyi üçün təşkilatçılıqdan uzaqlaşdırılıb.
Qeyd edək ki, Miss Civilization of The World 2012 Mədəniyyətlər Gözəli müsabiqəsinin böyük finalı sentyabr ayında baş tutacaq. Müsabiqənin informasiya dəstəyi www.simsar.az saytıdır.

O.M.