"Kuzey-Güney" serialının Alisi öldü!

"Kuzey-Güney" serialının Alisi öldü!

28 Avqust 2012 20:01
Bəyəndim (0) Bəyənmədim (0)
Serialın sürprizi alt-üst oldu

Kuzey-Güney"in sezon finalında Kuzeyin dostu Ali düşməni Ferhat tərəfindən vurulmuş, onun aqibəti isə naməlum qalmışdı. Daha doğrusu, seyirçilər Alinin ölüm-qalım mübarizəsinin nəticəsini yeni mövsümdə öyrənə biləcəklərdi. Düzdür, Alinin - yəni Rıza Kocaoğlunun serial heyətinin iclasında iştirak etməsi onun mübarizədən qalib çıxdığını göstərirdi. LAkin "Kuzey-Güney"in yeni mövsüm çəkilişlərindən əldə olunan həvəslar və gizli foto, daha doğrusu, internetə sızdırılan şəkil vəziyyəti dəyişdi. Belə ki, fotoda Kuzey dostu Alinin məzar daşının yanında ağılayırdı. Serialın bütün sürprizini məhv edən bu rəsm rejissor Ece Yörençi özündən çıxartdı: "Bu addımı atanlara ayıb olsun!"

Onu da xatırladaq ki, Rıca Kocaoğlu yeni sezonda "Karadayı" serialında Kenan İmirzalıoğlu ilə birlikdə oynayacaq. Aktyorlar daha öncə "Ezel"də yan-yana gəlmişdilər.

Günel Həbib

O.M.