
Müğənni Emrahdan xəsislik rekordu!
Sevgilisi də onu xəsisliyinə görə tərk etmişdi
Şou-biznesdə xəsis kimi ad çıxaran Emrah, restoranların birində 3 saat heç bir sifariş vermədən oturdu. Artıq 30 ildir ki sənətdə olan Emrah ötən gün "Bebek Kahve"də yoldaşlarıyla görüşdü. Xəsisliyi ilə tanınan məşhur müğənni üç saat qaldığı məkanda heç bir sifariş vermədi.
Ötən illərdə sevgilisi Sinem Ayşe Emrahı xəsislik üzündən tərk etmişdi. Emrahın Sinem Ayşeyi axşam yeməyi üçün ucuz restoran kimi tanınan McDonaldsa apardığı və hədiyyə olaraq düzəltdirdiyi dişin pulunu ödəmədiyi ortaya çıxmışdı. Emrahın xəsisliyinə dözə bilmədiyi üçün ayrıldıqlarını açıqlayan Sinem Ayşe, "Buna oxşar hallar çox yaşanıb. Emrah dəhşət xəsis idi " demişdi.
Günay Səfərli
O.M.
Digər xəbərlər