"Muhteşem Yüzyıl" bir bölüm üçün stara 1 milyon dollar vəd etdi
Gözlər və qulaqlar Bred Pitə tərəf çevrilib
Yeni sezonda Hollivud ulduzu Bred Pitlə iş birliyi quraraq, böyük səs-səda doğurmağa çalışan "Muhteşem Yüzyıl"ın istehsalçısı – Timur Savcı pul qabısının ağzını açdı. Düzdür, son xəbərlərə görə, Bred bu türk layihəsində oynamaqdan imtina etmişdi. Lakin isti məlumata inansaq, onunla danışıqlar hələ bitməyib. Və hətta razılığa doğru bir addım yaxınlaşma belə olub. Belə ki, Timur hollivudçuya bir bölüm üçün 1 milyon dollar vəd edib. Tək bölüm qarşılığında verilən məbləği götür-qoy edən Pit "hə" desə, "Muhteşem Yüzyıl"da Qanuni Süleymanın düşməni olaraq qarşımıza çıxacaq.
Günel Həbib
O.M.
Digər xəbərlər