Almaz Ələsgərova İsveçrədə təhsil alan qızının yanına gedib

Almaz Ələsgərova İsveçrədə təhsil alan qızının yanına gedib

23 Avqust 2012 13:21
Bəyəndim (0) Bəyənmədim (0)

Əməkdar artist Almaz Ələsgərova İsveçrədə istirahət edib. Bu barədə Publika.Az-a müğənni özü danışıb. O, bildirib ki, yaradıcılığında yaranan fasiləyə səbəb bununla bağlı olub. "Mənə elə gəlir ki, verilişlərdə az görünmürəm. Amma yay fəsli olduğundan istirahət edirdim. Qızımın yanına - İsveçrəyə getmişdim. Orada dincəlirdim. 5-6 gündür ki, Bakıya gəlmişəm. Qızım Mədinə orada təhsil alır", - qızlarından söz düşəndə A.Ələsgərova bu barədə heç nə danışmaq istəmədi. Qeyd edək ki, müğənninin böyük qızı Mədinə İsveçrədə tibb sahəsi üzrə təhsil alır. Mədinə İsveçrənin vətəndaşlığını da qəbul edib. Müğənninin kiçik qızı Əminə isə turizm sahəsinə maraq göstərir. O, bacısından fərqli olaraq, xaricdə yaşamağı düşünmür.

O.M.