VİDEO: Azərbaycanlı müğənni bəstəkar mahnımızı erməni dilində oxudu

VİDEO: Azərbaycanlı müğənni bəstəkar mahnımızı erməni dilində oxudu

23 Avqust 2012 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Əslən azərbaycanlı olan məşhur İran müğənnisi Ququş Azərbaycan mahnısını erməni dilində oxuyub. Azxeber.com-un məlumatına görə, "Youtube"da yayımlanan videoda "Gedək üzü küləyə" mahnısını Ququş erməni dilində musiqiçilərin müşayiəti ilə ifa edib.

Qeyd edək ki, sözləri Əliağa Kürçaylı, musiqisi Elza İbrahimovaya məxsus kompozisiya xalq artisti Şövkət Ələkbərovanın repertuarında olan ən məşhur mahnılardandır. Ququş "Gedək üzü küləyə" mahnısını 2010-cu ildə ifa etsə də, sosial şəbəkələrdə yeni yayılmağa başlayıb.

O.M.