Xalq artisti İlhamə Quliyeva ürəyindən cərrahiyə əməliyyatı olunacaq

Xalq artisti İlhamə Quliyeva ürəyindən cərrahiyə əməliyyatı olunacaq

23 Avqust 2012 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın xalq artisti İlhamə Quliyeva ürəyindən cərrahiyə əməliyyatı olunacaq. Bunu jurnalistlərə açıqlamasında müayinə üçün Moskvaya gedən və hazırda həmin şəhərdə olan İlhamə Quliyeva özü deyib. Müğənni bildirib ki, o, bu gün Bakıya qayıdacaq və dərhal Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriləcək: "Özümü normal hiss edirəm. Burada qərara alındı ki, ürəyimdə əməliyyat olmalıdır. Əməliyyat ürəyimin damar sistemində aparılacaq".

Qeyd edək ki, bir neçə gün əvvəl xalq artisti İlhamə Quliyevanın səhhəti pisləşib. Xalq artisti üçün Moskvaya aparılıb.

O.M.