55 kilo arıqlayan uğurlu aktyor

55 kilo arıqlayan uğurlu aktyor

27 Dekabr 2022 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

İllər əvvəl “Kurtlar Vadisi” serialında Güllü obrazını canlandıran Erhan Ufak 55 kiloqram arıqlayaraq tamam başqa insan olub.

Oxuməni.az xəbər verir ki, aktyorun son görkəmini görən pərəstişkarları onu tanımaqda çətinlik çəkiblər.

Unudulmaz seriallarından olan “Kurtlar Vadisi” serialında Güllü obrazı ilə böyük izləyici kütləsinə çatan uğurlu aktyor Erhan Ufak dəyişikliyi ilə hamını heyran qoyub. Artıq kilolarından xilas olan aktyor sosial media hesabında tez-tez şəkilləri paylaşmağı da unutmur.

Sağlam qidalanaraq 55 kilo arıqlayan uğurlu aktyor son formasında tamam başqa insan olub.

Erhan Ufak əlavə olaraq bildirib ki, Kurtlar Vadisi serialının baş rol ifaçısı Necati Şaşmaz, serialın yeni bölümlərinin yaxın həftələrdə çəkiləcəyi ilə bağlı müjdə verib. Hazırda hazırlaşıram. Yanvarda yeni bölümü görəcəyimizi düşünürəm.

Murad Şahməmmədov