"Müğənnilərin çoxu evli kişilərlə münasibətdədirlər"

"Müğənnilərin çoxu evli kişilərlə münasibətdədirlər"

25 Dekabr 2022 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Nura Suri "O kimdir" verilişindəki açıqlamaları ilə gündəmə gəlib.

Oxuməni.az xəbər verir ki, sənətçi kişi-qadın münasibətlərindən danışıb. O bildirib ki, heç vaxt maddi gücü zəif olan insanla ailə qurmaz:

"İndiki dövrdə hər şeyi pulla almaq olar. Kasıb insanla ailə qurmaram. Hisslərim beynimi yox, beynim hisslərimi idarə edir. Həyatımda bir dəfə sevmişəm, bəzi səbəblərə görə, sevə-sevə ayrılmışıq. Sonra hiss edəndəki kimisə sevə bilərəm, elə edirəm başlamasın. Mənə sevgi yox, hörmət lazımdır. Yanımdakı insan qədrimi bilsin, hörmət etsin. Sevir, ya sevmir mənə maraqlı deyil. Sevgi nəyə deyirlər, bilmirəm? Düşünmürəm ki, uşaqlarımdan başqa kimisə sevmişəm".

Nura ailəli bəylə münasibət yaşayan qadınlardan bəhs edib:

"Həyatı boyu evli insanla münasibətdə olmamışam. Əvvəllər sevgiyə dəyər var idi. Çəkilən filmlər, yazılan kitablar, mahnılar sevgidən idi. Sevgi dəbdə idi. Sevgi sözü seks sözü ilə əvəzlənən gündən onu gözdən, dəbdən salıblar. Ailə qurub boşanmaq o qədər adiləşib ki... İnsanlara çox seçim verilib. Hər şeyi urvatsız ediblər, utanmaq yoxdur. Bizim vaxtımızda böyük içəri girəndə, balacalar ayağa dururdu.

Ərim səhv edirdisə, onu tuturdumsa, əldən ayaqdan gedirdi, çalışırdı hər şey etsin. Hər şey alırdı ki, təki, ört-basdır etsin. Qadın sevəndə başqasına baxa bilmir, kişilərdə fərqlidir. Zorakılıq olanda mütləq boşanmaq lazımdır. Əgər bir dəfə səni vurdusa, ikincini gözləmə, get".

Müğənni sənət adamları haqda qalmaqallı açıqlama verib.

"Bizdə türklərdəki kimi deyil. Həyatı boyu elə açıq-saçıq olmayacağıq. Bizdə ictimaiyyətin fikrindən qorxu hissi var. Müğənnilərin çoxu evli kişilərlə münasibətdədirlər. Ona görə də ad çəkmək variant deyil. Bizdə üstündə qız adı varsa, oğlana sevgilim deyə bilmir. Nə o yanlığıq, nə bu yanlıq" deyə, Nura əlavə edib. Axşam.az