"Qızım ailə qurmağımı istəyir" - Lalə Məmmədova
"Heç bir qadın sevgisiz yaşamağa məhkum deyil. Hər kəsin sevmək, xoşbəxt olmaq haqqı var. Sevgi həyatım sakit gedir. Sevgi o qədər gözəl duyğudur ki... İnsanı həyata bağlayıb, motivasiya verir".
Oxuməni.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Şou xəbər" proqramında deyib. Müğənni yaşadığı eşqdən ağızdolusu danışıb:
"Ailə dağılması hər kəsin başına gələ bilər. Bir işi görüb peşman olmaq daha yaxşıdır, nəinki tərsinə... Yaş keçdikcə bu, insana çox əziyyət verir. Həyatımda yaşadığım heç bir şeyə görə peşman deyiləm. Allah bundan sonrakı peşmançılıqlarından qorusun.
Böyük qızım deyir ki, ana, ailə qur".
Qeyd edək ki, L.Məmmədovanın Nərgiz və Çinarə adlı iki qız övladı var. Axşam.az
Digər xəbərlər































































































