Amber Herd keçmiş əri Conni Depə bir milyon dollar təzminat ödəyəcək

Amber Herd keçmiş əri Conni Depə bir milyon dollar təzminat ödəyəcək

20 Dekabr 2022 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikalı aktrisa Amber Herd keçmiş əri Conni Depə diffamasiya iddiasından imtina etməsini nəzərdə tutan məhkəməyə qədərki razılaşmanın bir hissəsi olaraq 1 milyon dollar ödəyəcək.

Oxuməi.az xəbər verir ki, bu barədə Deppin vəkilləri məlumat verib.

Bu ilin yazında keçmiş həyat yoldaşlarının məhkəmə çəkişməsi böyük marağa səbəb olub.

İyun ayında Virciniya ştatında andlılar heyəti 59 yaşlı Deppin lehinə olan hökmü Amber Herdın özünü məişət zorakılığının qurbanı adlandırdığı məqalədə ona böhtan atdığına qərar verib.

Bazar ertəsi razılaşmanı elan edən 36 yaşlı Herd, qərarın "güzəşt aktı olmadığını" söyləyib. Dekabrın əvvəlində o, iş üzrə apellyasiya şikayəti verərək andlılar kollegiyasının hökmünün ləğv edilməsini və ya təmamilə yeni məhkəmə prosesinin keçirilməsini istəyib. Lakin bazar ertəsi verdiyi açıqlamada Herd ", Amerika hüquq sisteminə inamını itirdikdən" sonra şərtlərlə razılaşmağa qərar verdiyini söyləyib.

"Hətta mənim apelyasiya müraciətim qəbul olunsa belə, ən yaxşı nəticə yenidən məhkəmə araşdırması olacaq. Mən sadəcə olaraq bunun yenidən məhkəmədə araşdırılması prosesinə gələ bilmirəm" dedi.

Conni Depp əvvəlcə 2018-ci ilin dekabrında Washington Post üçün yazdığı məqaləyə görə birinciyə qarşı iddia qaldırmışdı. Orada o, özünü "məişət zorakılığının qurbanlarını təmsil edən ictimai xadim" adlandırıb.

Deppin adı çəkilməsə də, onun fikrincə, mətndən onun məişət zorakılığının təşəbbüskarı olduğu qənaətinə gəlmək olardı, Depp 50 milyon dollar, Amber isə 100 milyon dollar təzminat tələb edirdi.

Bunun ardınca geniş ictimaiyyətin diqqətini çəkən altı həftəlik məhkəmə prosesinin televiziyada yayımı baş tutdu.

2017-ci ildə boşanan Depp və Herd, pis rəftar və zorakılıqda bir-birlərini günahlandırırdılar. Depp keçmiş arvadının ona emosional, fiziki və cinsi istismar etdiyini ifadəsini qəti şəkildə təkzib edib.

Nəhayət, Andlılar Heyətinin əksəriyyəti Deppin tərəfini tutaraq ona 15 milyon dollar təzminat ödənilməsinə qərar verdilər.

Bazar ertəsi aktyorun vəkilləri Depp üçün bu ağrılı fəsli rəsmi şəkildə bağlamaqdan xoşbəxt olduqlarını bildirərək, aktyorun milyon dolları bir neçə xeyriyyə təşkilatına bağışlayacağını bildiriblər.

Emin Axund, Oxuməni.az