DUŞDAN SONRA FOTO PAYLAŞIB
Hülya Avşar duş qəbul etdikdən sonra çəkdirdiyi selfini İnstaqramda yayımlayıb. Sənətçi bu fotosu ilə yenidən gündəm olmağı bacarıb.
Oxuməni.az xəbər verir ki, Hülya Avşar 10 oktyabr 1963-cü ildə Balıkesir Ayvalıkda anadan olub. Cəlal və Emral Avşarın ilk övladıdır. Onun Helin və Leyla adlı daha 2 bacısı var. Valideynləri Ankarada məmur işlədiyi üçün uşaqlıq illərini Ayvalıkda keçirib. Orta məktəbi bitirdikdən sonra 1979-cu ildə Mehmet Təcirli ilə qısamüddətli evlilik həyatı yaşayıb. Boşandıqdan sonra İstanbulda məskunlaşan Hülya Avşar 1983-cü ildə Bulvar qəzetinin təşkil etdiyi Kainat Gözəli Yarışmasında birincilik qazanıb və ona tac taxılıb. Lakin ertəsi gün onun əvvəlki evliliyi xəbəri qəzetdə dərc olunanda onun tacı qaydalara zidd olduğu üçün geri alınıb. O, müsabiqədən sonra reklam çarxlarında görünüb. 1983-cü ildə "Haram" filmi ilə sənətdə debüt edib. Bu film onun üçün dönüş nöqtəsi olub.
Oxumeni.az































































































