
Samir Bağırov bığ-saqqalla gündəmə gələcək
Estrada ulduzu saçlarını kəsdirdiyi üçün peşman deyil. Milli.Az xəbər verir ki, ötən gün yayımladığımız fotolarının internetdə sürətlə yayımlanması tanınmış estrada ulduzu Samir Bağırovu əməlli-başlı gündəmə gətirib. Telefon söhbətində Bağırov da bunu təsdiqlədi:
"Zəng edib ad günümü təbrik edənlərin əksəriyyəti yeni imicimi çox bəyəndiklərini söylədilər. Stilistim və yaxın dostum Samir Əliyev neçə ay idi məsləhət görürdü ki, uzun saçlarımın bir hissəsini kəssin. Qəti şəkildə razılaşmırdım. Amma çəkilişə görə daha fərqli görünüm deyə, saçlarımı onun qayçısından xilas edə bilmədim (gülür). İmicimi dəyişmək, hələ ki, davam edir. Belə ki, söz və musiqisi İsmayıl Əsədova məxsus olan "Daha bacarmıram sənsiz" mahnıma klip çəkdirəcəyimiz zaman bığ və saqqalla kameralar qarşısına keçəcəyəm. İllər öncə kliplərimin birində bundan istifadə etmişdim və əksər dostlarım üzümün tüklü olmasının məni daha yaraşıqlı göstərdiyini dedilər. Odur ki, dayanmaq haqqında düşünmürəm. Ancaq yaradıcılıqla məşğul olub yeni-yeni mahnılarımla pərəstişkarlarımı sevindirmək niyyətindəyəm".
O.M.