"18 yaşım tamam olmayıb" - 50 yaşlı şəxslə nişanlanan qız
Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı şəxsə ərə verilməsi xəbəri artıq bir neçə gündür gündəmdən düşmür. Daha sonra qızın 23 yaşı olduğu iddia edilib.
Oxuməni.az xəbər verir ki, "Bizimləsən" verilişi nişanlanan qızla telefon bağlantısı qurub. Qız əvvəlcə 18 yaşı olduğunu deyib, daha sonra isə hələ tamam olmadığını açıqlayıb:
"Azərbaycan qanununa görə mənim də azad hüququm var. Mənim 17 yaşım yoxdur, 18 yaşım var. Evlənməmişəm, nişanlanmışam. Buna haqqım yoxdur? Nişanlımın 50 yaşı var, öz seçimimdir. Mənim valideynim buna qarışa bilməz. 18 yaşımın tamam olmağına 4 ay qalıb. Fəxr edirəm nişanlımın yaşının çox olması ilə".
Qız nişanlandığı şəxsin bir neçə dəfə evli olması məsələsinə də aydınlıq gətirib:
"Nişanlımın bir yoldaşı olub, 10 il əvvəl ayrılıb. Onun səhhətində problem olub. Üç uşağı var. Xaricdə yaşayır və müalicə alır, onunla danışıram da. Deyirlər, bacım onun oğlu ilə nişanlısıdır. Bacımın 12 yaşı var, uşaqdır, onun oğlu ilə nişanlı deyil".
Qızın anası isə "Qızım 2005-ci ilin iyulun 3-də dünyaya gəlib. 18 yaşına 6 ay qalıb. 50-60 yaşında nişanlanır özü bilər. Qızımın istəyi, sevgisi ilə nişan etmişik. Övladıma qarşı çıxdım ki, yaşı çoxdur. Dedi ki, ya mən, ya nişanlım. Necə qızımı sevgidən ayırım, evdən qaçsın?" sözlərini əlavə edib.
Axşam.az