"Muhteşem Yüzyıl"da iki qadının nəfəs kəsən müharibəsinə hazır olun!

"Muhteşem Yüzyıl"da iki qadının nəfəs kəsən müharibəsinə hazır olun!

16 Avqust 2012 14:22
Bəyəndim (0) Bəyənmədim (0)
Hürremin yeni rəqibi kimdir?

"Muhteşem Yüzyıl"ın son transferi Cansu Dere oldu! Dere serialda Qanuninin qəlbini oğurlayan iranlı gözəl Leyla olacaq. Yay fəsli boyunca "TİMS" şirkəti iranlı gözələ can vermək üçün əsmər, iri gözlü aktrisa axtarışına çıxmışdı. Və sonda o gözəl tapıldı! Əldə etdiyimiz xəbərə görə, Cansu Dere bu il "Muhteşem Yüzyıl"da fırtınalar əsdirəcək. Belə ki, o, Hürrem sultanın bir nömrəli rəqibinə çevriləcək. Onu da xatırladaq ki, Cansunun iştirakı ilə artıq bir neçə səhnə çəkilib. Bir sözlə, seyirçilər yeni sezonda iki qadının möhtəşəm - nəfəs kəsən soyuq müharibəsinin şahidinə çevriləcəklər.

Serialın yeni sezonunda Pelin Karahan Mihrimaha, Tuncel Kurtiz Ebu Suud Efendiyə, Ozan Güven isə Rüstəm Paşaya can verəcək. Sonuncu Parqalı İbrahimi aradan qaldırdıqdan sonra daha bir sezon da serialın heyətində görünəcək.

Günel Həbib

O.M.