Xalq artisti yalan xəbərə təhqiramiz şəkildə cavab verdi

Xalq artisti yalan xəbərə təhqiramiz şəkildə cavab verdi

16 Avqust 2012 14:17
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün yeni bir qalmaqal alovlandı

XXI əsrin jurnalistikası yeni və daha çevik bir mərhələyə qədəm basıb. Bu mərhələnin adı internet jurnalistikasıdır. İndi internetə girişi olan hər kəs sosial şəbəkələrdə rahatlıqla səhifə aça bilir, özü bildiyi kimi jurnalistika fəaliyyəti ilə məşğul olur. Əlbəttə ki, bu qədər informasiya axınında doğru məlumatlarla yanaşı qərəzli, yanlış, təhqiramiz xəbərlər də yer alır. Bu halda nəyin doğru, nəyin yalan olduğunu ayırd etmək çox çətindir. Təəssüf ki, bu cür fəsadlara internet xəbər agentliklərində də rast gəlinir.

Heç təsadüfi deyil ki, bu gün xalq artisti Faiq Ağayevlə internet mətbu orqanı arasında yeni bir qalmaqal başlayıb. Belə ki, Pressport.az saytında xalq artisti barəsində yazılan "Faiq Ağayevin ömrünə 6 ay qalıb, Seyşel adalarından yenicə qayıdan xalq artistinin xaricdə ölümcül xəstəliyə yoluxduğu bildirilir" başlıqlı məqalə onun qəzəbinə səbəb olub. Faiq Ağayev facebook şəbəkəsində qəzəbini sərt ifadələrlə bildirib. Məsələnin mahiyyətini anlamaq üçün qalmaqala səbəb olan yazını olduğu kimi sizlərə təqdim edirik.

Presspost.az İnformasiya Portalı xəbər verir ki, xalq artisti 100% F.A.-nın şəxsi həyatında qara zolağın başlanğıcı görünüb. Bu barədə Presspost.az saytının elektron poçtuna məktub yazan və özünü xalq artistinin yaxın dostu kimi qələmə verən Nazlı adlı şəxs bildirir ki, Seyşel adalarında dincələn Faiq Ağayev oradakı təbabət həkimlərindən sağlamlıq haqqında bilgilər almış və insanı cavan saxlayan ot bitkilərinin adlarını öyrənmişdir. Həmin bitkilərin bəzilərinin elə həmin adada yetişdiyini öyrənən xalq artistimiz təkbaşına gəzintiyə çıxmış və bilmədiyi, heç zaman dadmadığı bitkilərdən bir dəstə toplamış və qaldığı hotelə gətirmişdir.
Həmin bitkiləri çay kimi qaynadıb içən Faiq Ağayev bir-neçə saatdan sonra baş ağrıları, ürək döyüntüləri və yüksək təzyiq hiss etmiş və dərhal həkim çağırmışdır.
Yerli həkimlərin diaqnozu isə gözlənilməz olmuşdur: "Bu bitkilər quduz heyvanları və itləri öldürmək üçün istifadə olunan zəhərli otlardır". Əvvəlcə bu xəbərə inanmaq istəməyən Faiq Ağayev Seyşel adalarından dönərkən yolüstü İstanbulda check-up müayinədən keçmiş və onun qanında ölümcül bakteriyaların qeydə alındığını öyrənmişdir. Həkimlərin proqnozuna görə, xalq artisti bu xəstəliklə maksimum 6-9 ay ömür sürə bilər. Məsələ ilə bağlı xalq artistinin öz mövqeyini də öyrənməyə çalışacağıq.

Oxumeni.az mövcud məsələyə aydınlıq gətirmək üçün Faiq Ağayevlə əlaqə yaratdı. Xalq artisti statusu yazarkən emosional olduğunu, hisslərinə qapıldığını bildirərək, bunun səbəbsiz olmadığını qeyd etdi: "Bu xəbəri eşidən anam mənə zəng edib ağlayaraq danışdı. Çox hirsləndim. Emosional komment yazdım. Çox keçmədi ki, rəyimi redaktə etdim. Yazdım ki, bu yalan, cəfəng, uydurma qara xəbəri yayan XƏSTƏXAN - zatına lənət!!!".

Xalq artistinin ömrünə nə qədər qaldığını ancaq Yaradan bilər. Biz isə təkcə onu bilirik ki, yalanın ömrü cəmi 40 gün olur. Bu halda heç bir gün də sürmədi.

Şəlalə Nəriman

O.M.