300 manat üstündə dalaşdılar, səhifəsini bağlatdırdı - Video
Aktrisa Pərvin Abıyeva və aparıcı Azər Zahid arasında TikTok-da növbəti dəfə qalmaqal yaşanıb.
Oxuməni.az xəbər verir ki, onlar 300 manat və oyun üstündə dalaşıb. Pərvin TikTok-da üçüncü yerə çıxmasına imkan verməyən Azərə qeyri-etik ifadələr deyib.
"300 manatımı ver. 300 manatdan dedin gəl oynayaq, mən də oynadım. İndi uduzmusan, hoqqalar verirsən. Sənə nə deyim? Söz danışıqdan keçər" deyə, Pərvin Azərin ünvanına söyləyib.
Onlar arasındakı mübahisə bundan sonra daha da qızışıb. Azər canlı yayım açaraq Pərvinin ünvanına təhqirlər səsləndirib.
Daha sonra Azər aktrisanın TikTok profilini bağlatdırıb. O, bunu canlı yayımda etiraf edib.
"O səhifə açılmayacaq. Mənə ilişməyin, heç kimlə işim yoxdur. Mənim üzərimdən qazanırsınız, amma mənə dil uzatmayın" deyə, Azər bildirib.
Axşam.az