Muradın qızının qızıllarını görənlərin ağzı açıq qaldı

Muradın qızının qızıllarını görənlərin ağzı açıq qaldı

23 Noyabr 2022 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

Kobra Murat mahnı ifaları ilə yanaşı, Roma toylarının say-seçmə modelyeri kimi də tanınır. “Roman Show” adlı albomu ilə tanınan Kobra Murat, “Çukur” serialında istifadə olunan "Geliyor Havalı Geliyor" mahnısının da ifaçısıdır.

Var-dövləti ilə ad çıxaran Kobra Murat evinin qapılarını dostlarına açıb. Dəbdəbəli evində qızıl yarpaq aksesuarları və rəngli mebellərlə diqqət çəkən Kobra Muratın qızı da çoxlu qır-qızıl taxaraq çəkilişlərə qatılıb. Boynu və qolları qızılla dolu olan gənc qızı görənlər heyrətlərini gizlədə bilməyiblər. Roma musiqisinin sevilən sənətçilərindən olan Kobra Murat kimi tanınan Murat Divandis canlı yayımda var-dövlətini sıralayıb. Murat qızıllarından əlavə 4 evi, 2 bağ evi, 2 gecəqondu və 3 mərtəbəli mağazası olduğunu vuğulayıb. Kobra Murat, onu da bildirib ki, bütün işlərimizi həyat yoldaşım və uşaqlarımla özümüz edirik. Evdə çox xoşbəxtik. Hamısı öz işimizdir. Qızıla düşkünlüyü ilə tanınan müğənninin qızı üçün aldığı boyunbağı və bilərziklər də görənləri çox maraqda qoyub.

Murad Şahməmmədov