“Mənə 1 dəqiqə verən “kişi” hardadır?” – Sərxandan Rəqsanənin ərinə mesaj

“Mənə 1 dəqiqə verən “kişi” hardadır?” – Sərxandan Rəqsanənin ərinə mesaj

22 Noyabr 2022 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Aktyor, aparıcı Sərxan Kərəmoğlu yenidən qalmaqallı sözləri ilə gündəmə gəlib.

Oxuməni.az Yenisabah.az-a istinadən xəbər verir ki, “İnstagram” hesabında Tarix Əliyevlə (Tolik) fotosunu paylaşıb və ona təriflər yağdırıb.

Toliklə bağlı yazan Sərxan qalmaqal yaşadığı müğənni Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanova söz atmağı da unutmayıb:

“Tolikcan, mən hər şeydən xəbərdaram. Məni yanlış ünvan seçdilər və üzərimdə güc göstərib məni əzmək istədilər, amma mənim ağlım və mənim onlardan hörmətli olmağım buna qarşı durdu.

Mənə 1 dəqiqə verən “kişi” hardadı? Demək kimlərsə “Ümüd ilə gəl”di, amma ümüdləri puç oldu. Guya gəlib məni gətizdirəcəkdi, arvadçası qoymayıb.

Bu qədər yalanın içində boğulanlar nədənsə yapışmaq istəyir. Sənə təşəkkür edirəm düzgünlüyü görüb görməzdən gəlmədiyin üçün. Bəzi aparıcılar əqidə baxımından eyni olduğu üçün görməzdən gələ bilər, amma sən yox. Zaur da mənim dostumdur və mənə əziz olan biridir. İnan ki, Zaur ona imkan verməyib məndən danışmağa, gərək imkan verəydi. Çünki qadın danışdıqca batır. Onun dediyi fikir lazımsız fikirdir və əminəm ki, Zaurun da Günayın da fikrindən yayınıb. Ömür boyu bu cütlük imkan verməz ki, kimsə nəinki Sərxan, Tolikə ümumiyyətlə, heç kimə söz atılsın. Hər zaman Zaura söz atılıb və atılır ona görə Zaur o cılız və cahil işlərə getməz.

Səninlə biz çox çətin və gərgin illər yaşamışıq ancaq 3 ildir bizim aramızda olan gərginliyin yanlış olduğunu başa düşüb əsl can dostu olduq. Bu dostluq hansısa maraq üstündə qurulmadığı üçün biz bir-birimizdən asılı deyilik və ədalət naminə bir-birimizə günahlarımızı deyə bilirik. Son zamanların paylaşımlarının bəzilərini sənin sözünə görə gizliliyə aldım səhifəmdə görsənmədi. Bəzi atılacaq addımlar sənin xətrin əziz olduğu üçün atılmadı. İndi bəziləri utansın!”