ATV-yə Nanənin verilişindəki bu sözlərə görə xəbərdarlıq edilib - Video

ATV-yə Nanənin verilişindəki bu sözlərə görə xəbərdarlıq edilib - Video

22 Noyabr 2022 10:19
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi Audiovizual Şura ATV-yə xəbərdarlıq edib.

Oxuməni.az xəbər verir ki, buna səbəb isə Nanə Ağamalıyevanın aparıcılığını etdiyi "Günün sədası" proqramında Xalq artisti Natiq Şirinovun zorakılıq və qəddarlıqla bağlı təqdiredici ifadələrdən istifadə etməsi olub.

Qeyd edək ki, sənətçi verilişdə "Atam biz səhv edəndə şillə vururdu. İndi deyirlər, uşağı döymə. Xarici tərzə keçiblər, uşağı vuranda deyirlər, məhkəməyə ver. Oğlum Ümidi bilirsiniz nə qədər əziyyət vermişəm? Deyirlər, vurmaqla uşaq böyüdərlər? Lazım olanda hə. Əgər uşaq narkotik aludəçisi olarsa, onu döymək nədir, didərəm. Ata gələndə uşaq ayağa durmursa, onu didərəm. O demək deyil, vəhşiyəm" sözlərini demişdi.

Axşam.az