Malkoçoğlu saçlarını 400 min manat qarşılığında yuyacaq

Malkoçoğlu saçlarını 400 min manat qarşılığında yuyacaq

10 Avqust 2012 19:55
Bəyəndim (0) Bəyənmədim (0)
Aktyor reklam ulduzu olmağa hazırlaşır

Son olaraq "Muhteşem Yüzyıl" serialında Malkoçoöluna can verib, şöhrətinə şöhrət qatan Burak Özçivit yaxında reklam ulduzu olmağa hazırlaşır. Bir şampun firmasının üzü olan Özçivitin alacağı qonorar da dodaq uçuqladır. Bu günə qədər cips, təraş köpüyü reklamında və "Küçük sırlar" serialında oynayan aktyorun fərqli bir taktika işlətdiyi öyrənildi. "Muhteşem Yüzyıl"dakı rolu ilə starı parıldayan ünlü ötən il ərzində onlarla reklam təklifi aldı. Lakin onlardan yalnız şampun reklamının üstündə dayandı. Niyə? Çünki bu firma onu maddi baxımdan olduqca qane etmiş oldu. Firma Özçivitlə bir illik müqavilə bağladı. Əvəzində də ona 800 min lirə (təxminən 400 min manat) pul ödədi. Reklam filmi üçün saçlarını uzadan Burakın reklam fotolarını isə Nihad Odabaşı lentə köçürtdü.

Günel Həbib

O.M.