Hazal Kayanın yeni serialdakı partnyoru bəlli oldu

Hazal Kayanın yeni serialdakı partnyoru bəlli oldu

10 Avqust 2012 19:29
Bəyəndim (0) Bəyənmədim (0)
O olmasın, bu olsun!

Hazal Kayanın (Feriha) yeni mövsümdə mavi ekrana çıxacağı "Son Yaz Balkanlar 2012"nin heyəti artıq dəqiqləşməyə başlayıb. Qeyd edək ki, əvvəlcə aktrisanın partnyoru kimi Seçkin Özdemir nəzərdə tutulmuşdu. Lakin aktyor bu serialda oynamaqdan vaz keçdiyi üçün onun yeri tezliklə dolduruldu. Və nəzərinizə çatdıraq ki, "Adını Feriha koydum"u əlinin tərsi ilə rədd edən Hazalın yeni sezondan etibarən yeni partnyoru Tardu Flord olacaq. Hansı ki, bu ünlünü bizlər "Min bir gecə" serialından çox gözəl tanıyırıq. Hazırkı anonslarından olduqca təsirli serial olduğu görünən və çəkilişləri Makedoniyada aparılacaq olan "Son Yaz Balkanlar 2012" isə deyəsən, təsirli olduqca xeyli iddialıdır da!

Günel Həbib

O.M.