"Ailəmi dağıtmağıma peşmanam" - Əməkdar artist

"Ailəmi dağıtmağıma peşmanam" - Əməkdar artist

13 Noyabr 2022 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

"Ailə qurmaq haqda düşünmürəm, heç istəmirəm. Mənə belə rahatdır. Aktyor azad bir quşdur. Nə qədər sıxsalar, çərçivəyə salsalar vuruşar, dayana bilməz".

Oxuməni.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "MTV maqazin" proqramına açıqlamasında deyib. Aktrisa ailəsini dağıtdığı üçün peşman olduğunu söyləyib:

"Düşünürdüm, yaxşı olacaq. Amma iki qoçun başı bir qazanda qaynamaz. Səhnə adamı ilə ilə qurdum, amma bir-birimizi başa düşmədik. Fikirləşirdim ki, iş yerimiz, işimiz, düşüncəmiz bir. Amma olmadı, ailə qurduğum insan teatrdan getdi. Çalışdı məni də uzaqlaşdırsın, bacarmadım. Qəbul etdim ki, təkəm. Sevdiyim məxluq teatrdır. İndi fikirləşirəm ki, gərək ailəmdən möhkəm yapışardırm. Sənətdə də olardım, ailəmi də qoruyardım".

Serial və filmlərin hazırki durumundan gileylənən Orucova "Kimi gəldi götürüb çəkirlər, ona görə də serial və filmlərimiz keyfiyyətsizdir" sözlərini söyləyib.

Axşam.az