
Natavan Həbibi klip çəkdirməyə hazırlaşır
Estrada ulduzu yeni mövsümdə pərəstişkarları sevindirəcək. Milli.Az-a daxil olan məlumata görə, tanınmış estrada ulduzu Natavan Həbibi sentyabrın ilk ongünlüyündə kameralar qarşısına keçib ən son hitlərindən birinə ekran həyatı verəcək. Sözləri Hilala, musiqisi İsmayıl Əsədovla, reper Cinə məxsus olan "Etiraf"ın ekranlaşdırılacağı ssenari artıq tamamlanmaq üzrədir.
Yaradıcı heyətə müğənninin özü rəhbərlik etdiyi üçün çəkiləcək klip öz özəlliyi ilə bütün kliplərdən fərqlənəcək. Rejissorun adı da sürpriz olsun deyə gizli saxlanılır.
O.M.
Digər xəbərlər