Dədə Süleymanın ürəyi və böyrəyində problem var, barmaqları kəsilib

Dədə Süleymanın ürəyi və böyrəyində problem var, barmaqları kəsilib

12 Oktyabr 2022 09:48
Bəyəndim (1) Bəyənmədim (0)

Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) səhhəti pisləşib.

Oxuməni.az xəbər verir ki, bu haqda xanəndənin qızı Aygün Abdullayeva "Günün sədası" proqramında deyib. O bildirib ki, atasının ağrıları çoxdur və buna görə də yalnız dərmanlarla yatızdırılır:

"Atam ağır vəziyyətdədir. Qanqrenadan əziyyət çəkir. Beş gündür ki, o, ağrıkəsicilərlə yaşayır. Vəziyyəti çox pisdir. Atamızı heç vaxt belə görməmişik, əziyyət çəkirik. Atam xalq üçün dəyərli sənətkar olub".

Aygün Abdullayeva əlavə edib ki, xanəndənin ürəyində və qaraciyərində ciddi problem var, böyrəklərindən biri işləmir:

"Müalicə dayandırılıb. Həkimlər əlindən gələni edib. Bu xəstəlik qarşısında həkimlər də aciz qaldı. Ürəyinin yalnız 30 faizi fəaliyyət göstərir. Bir il əvvəl atamın ayağının baş barmağında qanqrena başladı. Amputasiya olundu. Bir il keçəndən sonra bu ilin avqustinda digər barmağı qaralmağa başladı. Onu da amputasiya etdilər.

Ayağı çox pis vəziyyətə düşdü. Həkimlər elə bir nəticəyə gəldilər ki, yaş həddinə görə, daxili orqanlarında ciddi problemlər olduğuna və hətta ciyərlərinə yığıldığına görə heç cür riskə gedə bilmədiklərini söylədilər. Məhz buna görə, atam hazırda bu vəziyyətdədir. Əvvəldən atam şəkər xəstəsi olub".

Axşam.az