Rəhim yarım saata 3500 qazanırdı, 2 milyonluq evi var idi...

Rəhim yarım saata 3500 qazanırdı, 2 milyonluq evi var idi...

5 Oktyabr 2022 06:34
Bəyəndim (0) Bəyənmədim (0)

Camaat yazır ki, Rəhimə heç kim kömək etmədi. Siz bilmirsiz, amma Rəhim özü hamıya köməklik edirdi. Nə olmuşdu ki Rəhimə? Bir mövsümün on toyunda çıxış edirdimsə, onun doqquzunda Rəhim də iştirak edirdi. Rəhim yarım saatlıq çıxışı üçün 3500 manat qonorar alırdı.

Oxuməni.az xəbər verir ki, bu sözləri əməkdar artist Vasif Məhərrəmli bir neçə gün öncə dünyasını dəyişən həmkarı Rəhim Rəhimli haqda "Elgizlə izlə" verilişində deyib.

Canlı efirə zəng edən sənətçi mərhum müğənninin pulsuzluqdan müalicə olunmadığı haqda fikirlərlə razılaşmadığını bildirib:

"Bir gündə üç dəfə toya gedirdi. Elə olurdu ki, günə 10 min manat qazanırdı. Rəhim ac-yalavac idi ki? Rəhimin mərkəzdəki evinin 2 milyon qiyməti var. Yeni tikilən binalardan birində təmirli evi var idi, köçməyə hazırlaşırdı. Rəhim onun-bunun cibinə pul qoyurdu, kömək edirdi. Rəhimin qardaşı Anarın və anasının da kifayət qədər pulları və imkanları var. Xahiş edirəm, bu söz-söhbətləri yığışdırsınlar. Rəhim tələbatlı müğənni idi, "Porşe" markalı maşını vardı. Xəsislik etmirdi, cibindən xərcləyib, rəqqaslar gətirirdi ki, şou yarada bilsin. Lazım olsaydı, 10 ailə də saxlayardı".