"Öyle bir geçer zaman ki" yoluna bu isimlərlə davam edəcək

"Öyle bir geçer zaman ki" yoluna bu isimlərlə davam edəcək

7 Avqust 2012 14:47
Bəyəndim (0) Bəyənmədim (0)
Serialın yeni bölümünü gözləməyə dəyər!

"Kanal D"nin reytinq rekordmeni "Öyle bir geçer zaman ki"nin yeni heyəti bəlli oldu! Yeni mövsümə 10 il zaman atlaması ilə başlayacaq olan serialda 50 yaşına pilləkən dayayan Ayça Bingöl - Cemilenin qarşısına yenidən bir kişi çıxacaq. Bu xarakteri Muhammet Uzuner canlandıracaq. Soner canından çox sevdiyi Aylini doğum sırasında itirəcək. Ancaq qızı sağ qalacaq. Atası ona anasının adını qoyacaq. Balaca Aylinin rəqs müəllimi isə Mine Tugay olacaq. Serialda balaca Osmana artıq Gün Koper can verəcək.

Günel Həbib

O.M.