Turan İbrahimovun həyat yoldaşı: "Polisə müraciət etmək..."

Turan İbrahimovun həyat yoldaşı: "Polisə müraciət etmək..."

30 Sentyabr 22:12
152
Bəyəndim (0) Bəyənmədim (0)

Aparıcı Turan İbrahimovun vizajist həyat yoldaşı Nərmin İbrahimova sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Oxuməni.az xəbər verir ki, Nərmin İbrahimova İnstaqramda bir xanımın görüntüsünü yayaraq ondan şikayət edib: "Videoda gördüyünüz xanım dünən bizim evə gəlib. Özünü çox şübhəli apardığı üçün narahatlığım hələ keçməyib. Onun uşaqlarımla maraqlanmasına, anormal davranışlarına məhəlləmizin mühafizə işçiləri də şahid olublar. Bu şəxsi tanıyan varsa xahiş edirəm mənə yazsınlar. Çünki bu qadın müxtəlif saxta profillərdən yazaraq məni və yaxınlarımı təhqir edir. Artıq polisə belə müraciət etmək haqqında düşünürəm".

Qeyd edək ki, cütlüyün iki övladı var.