"Adını Feriha koydum"da yeni mövsümdə nələr baş verəcək?

"Adını Feriha koydum"da yeni mövsümdə nələr baş verəcək?

7 Avqust 2012 01:04
Bəyəndim (0) Bəyənmədim (0)
Serial yoluna fərqli formatda davam edəcək!

"Adını Feriha koydum" serialının yeni sezonu ilə bağlı isti-isti məlumatlar gəldi! Yeni mövsümün maraqla gözlənilən seriallarından birində nələr baş verəcək, görəsən? Başda Hazal Kaya (Feriha) olmaqla, Ceyda Ateş, Melik Selçuk kimi bir çox aktyorla yollarını ayıran layihə yeni yayım dövründə tamamilə fərqli formatda seyirçilərin qarşısına çıxacaq. İlk dörd bölümdən sonra yeni bir hekayə ilə yoluna qaldığı yerdən davam edəcək olan serialda Emir polis bir qadını sevəcək. Lara xarakteri isə kasıb oğlanla eşq yaşayacaq. Seriala sürpriz isimlərin daxil olacağı da gələn bilgilər arasındadır. "Adını Feriha koydum"un çəkilişləri 15 avqustdan etibarən başlayacaq. Yeni bölüm isə sentyabr ayında ekranda görünəcək.

Günel Həbib

O.M.