Cavanşir Babaəlioğlu anasının pristupu ucbatından konsertini yarımçıq tərk etməli oldu

Cavanşir Babaəlioğlu anasının pristupu ucbatından konsertini yarımçıq tərk etməli oldu

2 Avqust 2012 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bir zamanlar şou biznes müxbiri olmuş, hazırda müğənni kimi çalışan Cavanşir Babaəlioğlu gənc ifaçı Mila ilə birlikdə Avropa hotelində konsert verib. Konsertdə xalq artisti Flora Kərimova da iştirak edib. F.Kərimova gecənin səbəbkarları haqqında ürək sözlərini bölüşüb: "Cavanşir mənim canımdır, oğlumdur. Mən onu çox istəyirəm. Bir müğənni, bəstəkar kimi də mən onu bəyənirəm. Cavanşirin özünəməxsus, qulağa xoş gələn səsi var. Bəstələdiyi mahnılar da çox yaxşıdır. Milaya gəlincə isə, səsi çox gözəldir.

Daha sonra səhnəyə Mila çıxıb və canlı 4 mahnı ifa edib. Milanın fəxri qonağı olan Cavanşır isə canlı olaraq iki türk, biri isə öz bəstəsi olan mahnılar ifa edib. Bundan başqa konsertdə "Best model of Azərbaycan"ın birincisi Azər Atakişiyev, stilist Samir Əliyev, teleaparıcı Elgiz Əkbər, şair Altay Yaşar, bəstəkar Xatəm Nəbioğlu, müğənnilər Sabir Əhmədov, Həmid Sultan və Ümman qonaq qismində iştirak ediblər. Konsertin aparıcısı isə İlahə Nadirqızı olub.
Qeyd edək ki, Cavanşir Babəlioğlu konserti vaxtından əvvəl tərk edib. Buna səbəb xərçəng xəstəliyindən əziyyət çəkən anasının vəziyyətinin anidən pisləşməsi olub.

Şəlalə Nəriman

O.M.