Aygün Kazımova Namiq Qaraçuxurlu ilə yenidən bir arada?

Aygün Kazımova Namiq Qaraçuxurlu ilə yenidən bir arada?

31 İyul 2012 22:06
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Aygün Kazımovanın FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 üçün yazdığı "Futbol" mahnısı real hitə namizəddir. Milli.Az xəbər verir ki, Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımova bəstəsi özünə, sözləri meyxanaçı Namiq Qaraçuxurluya məxsus olan "Futbol" mahnısını pərəstişkarlarına təqdim edib.

FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 üçün yazdığı "Futbol" mahnısının yüksək səviyyədə ərsəyə gəlməsindən məmnun olan xalq artisti, sevincini bu sözlərlə bölüşdü: "Söyləmişdim ki, bu mahnını iki il bundan əvvəl, məhz ölkəmizin ev sahibliyi edəcəyi mötəbər futbol bayramı üçün yazmışdım. Nəhayət ki, çəkdiyimiz zəhmət öz bəhrəsini verdi və "Futbol" tam hazırdır. Mahnının ərsəyə gəlməsində Azərbaycanın tanınmış musiqiçiləri Ramin və İsmayılın çəkdiyi zəhməti məxsusi qiymətləndirmək istəyirəm. Qələbə əzmini özündə ehtiva edən mahnıda onlar musiqi alətlərimizi çox yerində istifadə etməyə müvəffəq oldular. Ümumi hazırlıq İstanbulda, türkiyəli aranjemançı Volqa Tamözün rəhbərliyi altında yekunlaşdı. Böyük məmnuniyyətlə mahnımızı dinləyicilərə təqdim edirik".
Qeyd edək ki,"Futbol" mahnısına klip çəkməkdən ötrü iyulun əvvəlində qardaş Türkiyədən rejissor Murad Küçük, görüntü rejissoru Veli Kuzlu və ifa etdiyi hitlərin aranjmançısı, ölməz Azərbaycan bəstəkarı Emin Sabitoğlunun tələbəsi kimi tanınan Volqa Tamöz Bakıya gəlmişdilər. Çəkilişləri uğurla tamamlanan ekran işi hazırda montaj prosessindədir.
"Futbol" mahnısına qulaq asmaq istəyən oxucularımız yayımladığımız linki klikləyə bilərlər.
Eksklüziv ifanı, real hitə namizəd olan mahnını Aygün xanımın prodüseri Tarix Əliyev (Tolik) Milli.az-a təqdim edib -http://music.day.az/141477-aygun-kazimova-futbol-%28-ekskluziv-%29.

O.M.