Gülyanaqdan Elzaya ismarış: “Hərə öz problemini özü həll etməlidir“

Gülyanaqdan Elzaya ismarış: “Hərə öz problemini özü həll etməlidir“

6 İyul 2022 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

"Bizim də həyatımızda yolunda getməyən şeylər olur. Amma mən heç vaxt öz sıxıntılarımı dinləyicilərə əks etdirməmişəm…”

Oxuməni.az xəbər verir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova sosial verilişlərə çıxıb yardım istəyən həmkarları barədə danışarkən deyib.

“Mən yalnız öz sənətimlə ictimaiyyətin marağını cəlb etmişəm, şəxsi problemlərimlə yox. Kiməsə yük olmaq lazım deyil. Heç kəs bilmir ki, insanlar öz daxilində nələr yaşayır. Hamı başını aşağı salıb öz işini görür".

G. Məmmədova Elza Seyidcahan onlardan kömək umsa da, ona yardım etmədiklərini bildirib:

"Biz yardım etmədik. İmkan olan yerdə kömək edərlər. Yalandan nə deyim?! İmkanım yox idi. Hərə öz problemini özü həll etməlidir. Ailəmizdə birləşirik, dərdimizi-sərimizi birlikdə çözürük"