Zaur Kamal məsələsi böyüyür: “Tərbiyəsizlikdir, ölçü götürülməlidir” - Deputat

Zaur Kamal məsələsi böyüyür: “Tərbiyəsizlikdir, ölçü götürülməlidir” - Deputat

1 İyul 16:10
397
Bəyəndim (0) Bəyənmədim (0)

“Zaur Kamalın videosuna baxdım və xəcalət çəkdim”.

Oxuməni.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tahir Kərimli Pravda.az-a açıqlamasında deyib:

“Dərhal yadıma düşdü ki, vaxtilə bu Zaur Kamalın cəzalandırılmasını tələb edəndə televiziya rəhbərliyindən kimsə demişdi ki, onun hər addımı, hər qədəmi bizim üçün puldur. İnsanları özbaşına pul qazanmağa qoysalar, onda həmin insanlar qanunu da pozarlar, etikanı da, ədəb-ərkanı da... Doğrusu, Zaur Kamalın verilişinə çox baxmıram, hərdən nəzər yetirirəm. Belə insanların pul qazanmaq istəyi heç vaxt qanunları, etikanı, ədəb-ərkanı pozmalı deyil. Kobud, başqalarının xətrinə dəyən, alçaldan ifadələrdən istifadə etməklə Zaur Kamal kimi aparıcılar az qala özlərini sahib kimi aparırlar və bu, çox yöndəmsiz görünür. İnsan nə dərəcədə “qırmızı” olar ki, qonağı belə təhqir edə? Üstəlik, bu qonaq Cənubi Azərbaycandan ola. Afşin Azəri Zaur Kamala heç bir pis söz demirdi. Dedi ki, elə bildim burda da məni istəyirlər.

O, qeyd edib ki, şou əhlini o qədər də izləmir:

“Ona görə də, bilmirəm, Afşin Azəri Azərbaycanda nə qədər məşhurdur, ya deyil. Ancaq insanı xalqın qarşısında təhqir etmək, alçaltmaq və studiyadan qovmaq çox böyük tərbiyəsizlikdir. Zaur Kamal haqqında ölçü götürülməlidir”, - deputat bildirib.