Özcan Deniz yeni mövsümdə ekrana qayıdır

Özcan Deniz yeni mövsümdə ekrana qayıdır

29 İyul 2012 13:29
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni Türkan Şorayla birlikdə kamera qarşısına keçəcək

Son zamanlar "Bi düşün" albomu ilə yanaşı, bir neçə filmi ilə də gündəmdə qalmağı bacaran Özcan Deniz izləyiciləri sentyabr ayında daha bir sürprizlə sevindirəcəkdi. Lakin onun sürprizini artıq normal xəbər halına gətirmək qərarına gəldik və öyrəndik ki, müğənni yeni mövsümdən etibarən "TRT 1" kanalında yayımlanan serialda rol alacaq. "Bir zamanlar Osmanlı - Kıyam" adlı serialda o, Türkan Şorayla birlikdə çəkiləcək. Ancaq Özcanın layihədə hansı obraza can verəcəyi sirr kimi saxlanılır. Hələ ki... Çünki paparasiyanın araşdırmasından ilk ipucu kimi əldə edilən nəticəyə görə, Özcanın saqqallı halı onun yeni obrazı ilə dolayısı ilə yox, birbaşa bağlıdır.

Günel Həbib

O.M.