Faiq Ağayevin Seyşel sərgüzəştləri

Faiq Ağayevin Seyşel sərgüzəştləri

27 İyul 2012 23:33
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni köpək balıqlarının bir addımlığında olan çimərlikdə üzüb!

On gündən çoxdur ki, Seyşel adalarında istirahət edən xalq artisti Faiq Ağayev nəhayət ki, vətəninə döndü. Paytaxt Viktoriyadakı "Hilton Seychelles Northolm and Spa" otelində məskunlaşmış 100% F.A. qərib diyarda heç də özünü qərib kimi hiss etmədi desəm, yanılmaram. Hər anını, gündəlik rejimini "Facebook" dostları ilə paylaşan sənətçi seyşellilərin tarixi, ənənəsi, mətbəxi, coğrafiyası haqda belə ətraflı məlumat verirdi. O, gördüklərini elə təsvir edərək yazırdi ki, oxucu bir anlıq da olsa özünü Seyşel adalarında hiss edirdi. Etiraf edək ki, bəh-bəhlə təriflədiyi Citronelle çayı və xüsusilə vurğuladığı Tuna balığı hər kəsin böyük marağına səbəb olub. Oxucuları həyəcanlandıran məqam isə F.Ağayevin otelin qarşısındakı açıq okeanda əhilləşdirilmiş köpək balıqlarının bir addımlığında üzməsi oldu. İstirahət üçün fərqli məkan seçmiş diqqətcil müğənni Ramazan ayında oruc tutan həmyerlilərini, eləcə də Milli Mətbuatın 137-ci ili münasibəti ilə qələm əhlini təbrik etməyi də unutmadı. Bir sözlə, F.Ağayev Seyşeldə tək deyil, oxucu dostları, mətbuat nümayəndələri ilə bərabər dincəlmiş oldu.

Necə deyərlər, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Görəsən, F.A. növbəti yayda xəritədəki hansı ölkəni dincəlmək ücün qaralayıb, bizləri yenidən səyahətə aparacaq?

Könül Aypara

O.M.