"Kristal" qrupu yeni klipini Zamiqə həsr etdi!

"Kristal" qrupu yeni klipini Zamiqə həsr etdi!

27 İyul 2012 15:43
Bəyəndim (0) Bəyənmədim (0)
Mədinə Məlik Ramazan ayında xeyirxahlığa imza atdı

Azərbaycanda qızlardan ibarət "Kristal" qrupu dayanmadan irəliləyişlər etməkdədir. Bir-birinin ardınca lentə yazılan mahnılardan biri də "Zamiq"dir. Nəzərinizə çatdıraq ki, sözləri Elşada, musiqisi isə Arzu Abasovaya aid olan bu mahnı əslində Zamiqin özünə həsr olunub. Klipdəki baş qəhrəman olan bu balaca Zamiq isə "Kristal"ın rəhbəri Mədinə xanımın gözünün ağı-qarası olan yeganə övladıdır. Klip tezliklə tamaşaçıların ixtiyarına buraxılacaq. O ki qaldi yay istirahətinə, "Kristal" hələ dincəlmək barəsində düşünmür. Çox güman ki, qızlar avqust ayında bir-iki həftəlik əməlli-başlı istirahət edəcəklər. Beləcə, yüksək əhval-rühiyyə ilə yenidən iş başına dönəcəklər.

Sizlərə bir maraqlı məqamı da çatdırmaq istəyirəm. Son vaxtlar hər bir sənətçi kimi Mədinə xanımın da Facebook sosial şəbəkəsində şəxsi səhifəsi var. Hansı ki, bu səhifə vasitəsilə o, həm oxucularla ünsiyyət qurur, həm qrupun pərəstişkarları ilə əlaqə saxlayır, həm də yaradıcılığı barəsində məlumatları bölüşür. Bu gün onunla təmasda olan İntiqam adlı əlil bir cavanın yazdığı fikir məni çox sarsıtdı: "Salam, Mədinə xanım, necəsiniz? Sizdən bir xahişim var. 16 avqustda mənim ad günümdür, "Kristal" qrupunun böyük fanatıyam, ad günümdə iştirak edə bilərlər? Nolar, mən əliləm, gəzmirəm, anadangəlmə kalyaskadayam. Nolar, onları gətirin"...

Mədinə xanımın hər bir oxucu ilə fikir paylaşacağını zənn etmədiyim halda, o, dərhal bu əlil oğlanın mesajına cavab yazdı: "Harda keçirəcəksiniz ad gününü?" Bax beləcə, böyük ürəkli bu xanım İntiqama razılığını bildirib, ad gününün tarixini və ünvanını öyrəndi.

Söz yox ki, internet vasitəsilə də "Kristal" qrupuna toy təklifləri gəlir, bu, normal haldır. Amma təmənnasız toylarda, hər hansı bir məclisdə çıxış etmək təklifini hər şou-biznes nümayəndəsi qəbul etmir. Bu da Ramazan ayında Mədinə xanımın xeyirxahlığıdır.

Könül Aypara

O.M.