"Yaprak Dökümü"nün Neclası hansı rolu canlandıracaq?
Fahriye Evcen “Yaprak Dökümü” serialından sonra daha bir roman qəhrəmanı rolunu oynamağa hazırlaşır.
İstanbul Boğaziçi Universitetində tarix fakültəsində təhsil alan gözəl aktrisa Medyapımın Aişə Kulinin eyni adlı romanı asasında çəkəcəyi "Veda" serialında baş rol oynayacaq. Serial Kanal D ekranlarında tamaşaçılarla görüşəcək. Fahriye Evcen serialda evin xidmətçisi "Mehpare" rolunu canlandıracaq. Merve Girginin rejissorluğunu edəcəyi serialın ssenarisini isə Sündüz Ziyan yazır.
Günay Səfərli
O.M.
Digər xəbərlər