Fatmagülün ahı tutdu - aktyor yerin altında yaşayacaq

Fatmagülün ahı tutdu - aktyor yerin altında yaşayacaq

14 İyul 2012 13:12
Bəyəndim (0) Bəyənmədim (0)
"Şubat" imkansız sevgidən bəhs edəcək

"TRT 1"də sentyabr ayından etibarən mavi ekranda nümayiş olunacaq "Şubat" serialının heyətinə daha bir ünlü isim daxil oldu. "Fatmagülün suçu ne?"də mənfi obraza can verən Musa Uzunlar - Reşat Yaşaran bu dəfə yaxşı insan olacaq. Üzü yaralı bir evsizlə gözəl jurnalist qızın imkansız sevgisindən bəhs edəcək olan serialda Uzunlar Aziz bəy obrazı ilə izləyicilərin qarşısına çıxacaq. O, yer altı insanlarının öndəri olacaq. Rejissoru Volkan Kocatürkün olduğu serialın ssenarisi Onur Ünlü və Funda Alpa məxsusdur. Onu da xəbər verək ki, "Şubat"ın istehsalçı şirkəti daha öncə "Leyli ve Mecnun"la ətrafına izləyici ordusu toplamışdı.

Günel Həbib

O.M.