Stallonenin oğlu mənzilində ölü tapıldı

Stallonenin oğlu mənzilində ölü tapıldı

14 İyul 2012 10:58
Bəyəndim (0) Bəyənmədim (0)
Hollivud ulduzu üzüntü içərisindədir

Hollivud ulduzu Silvester Stalloneyə ağır itki üz verib. Belə ki, populyar aktyorun böyük oğlu Seyc Stallone Hollivuddakı evində ölü tapılıb. Deyilənə görə, 36 yaşlı Seyc kinorejissor olub. Ölümün səbəbləri hələlik məlum deyil. Bu arada, Seycin narkotik maddələrdən istifadə etməsi xəbəri də yayılmaqdadır.
Seyc Stallone atası ilə birgə 1990-cı ildə "Rembo-5" filmində çıxış edib. 1996-cı ildə yenə də Stallone ilə birgə "Gün işığı" filmində rol alıb.

Könül Aypara

O.M.