Aygün Kazımovanı nə narahat edir?

Aygün Kazımovanı nə narahat edir?

13 İyul 2012 13:18
Bəyəndim (0) Bəyənmədim (0)

Aygün Kazımova düşdüyü avtomobil tıxaclarında başına gələn bəzi xoşagəlməyən məqamlardan danışıb.
Publika.az-ın xəbərinə görə, bu xalq artistinin əsəblərinə toxunur.
"Çox nadir hallarda tıxaclara düşürəm. Ümumiyyətlə, hamı kimi, mənim də tıxaclarda qaldığım məqamlar olub. Hətta yolda işıqforun qırmızı işığında dayanıram və birdən məni görən azyaşlı uşaqlar üstümə cumurlar, maşının şüşələrini "sındırırlar". Özü də yaxınlaşıb elə də baxırlar ki... Bu, əsəblərimə toxunur. Bu uşaqlar həmin vaxtı ya məktəbdə dərsdə, ya da evdə valideynlərinin nəzəratə altında olmalıdırlar. Onların bu işləri görməyə nə yaşı çatır ki? Bu nə dərəcədə düzgündür? Mənim üçün şəxsən bu məsələ ürəkağrıdan problemdir", - A.Kazımova bildirib.
Qeyd edək ki, hazırda A.Kazımova Amerika istehsalı olan "GMC" avtomobil brendinin "Offrouder" markalı avtomobilini idarə edir. Avtomobil 2012-ci ildə istehsal olunub, qiyməti 65 min ABŞ dolları dəyərindədir.

O.M.