Məşhur aktyorun arvadı ona Devid Bekhemlə xəyanət edib

Məşhur aktyorun arvadı ona Devid Bekhemlə xəyanət edib

11 İyul 2012 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur aktyor, Hollivud ulduzu Tom Kruzun aktrisa Keti Holmsla boşanması ilə bağlı yeni iddia yaranıb. İddialara görə, 50 yaşlı Kruzun arvadını boşamasının səbəbi Ketinin ona İngiltərə yığmasının sabiq kapitanı, hazırda ABŞ-ın "Los-Anceles Qelaksi" klubunun yarımmüdafiəçisi Devid Bekhemlə xəyanət etməsidir.

Milli.Az "Radar Online"a istinadən bildirir ki, Ketinin vəkilləri və onun özü israrla bildirirlər ki, boşanmanın əsas səbəbi Kruzun sayentologiya təriqətinə mənsub olması, qızı Surini də həmin təriqətə cəlb etməyə çalışması olub.
"Dramarama" isə iddia edir ki, boşanmanın gerçək səbəbi aktrisa Holmsun ərinə Devid Bekhemlə xəyanət etməsidir.
Bekhem Kruz və Holmsun ailə dostu idi.
Arvadının futbolçu ilə münasibətlərinin "ailə dostluğu" səviyyəsini aşdığından şübhələnən Kruz bir gün evə vaxtından çox tez qayıtdığında yataq otağında Bekhemlə arvadını çarpayıda görüb.

O.M.