"Kurtlar vadisi"ndə Memati dövrü bağlandı!

"Kurtlar vadisi"ndə Memati dövrü bağlandı!

10 İyul 2012 00:22
Bəyəndim (0) Bəyənmədim (0)
Məşhur serial ünvanını da dəyişdi

Ötən sezonda Türkiyənin "TNT" tele-kanalında izləyicilərin görüşünə gələn fenomen serial - "Kurtlar vadisi" sentyabrdan etibarən ünvanını dəyişəcək. Belə ki, seriala "TNT" yox, "ATV" kanalında baxa biləcəyik.

Sezon finalında seyirçini olduqca təəccübləndirən bir durum yaşandı. Belə ki, Polat Alemdarın can yoldaşı olan Memati vuruldu və serial yay tətilinə çıxdı. Mematinin aqibəti ilə maraqlananlara xəbər verək ki, aktyor yeni sezondan etibarən "öləcək". Yəni Gürkan Uygun serialın heyətindən ayrılacaq. Uygunun "Pana Film"ə, "Artıq başqa işlər görmək istəyirəm. Yeni mövsümdə serialda olmaq istəmirəm", - dediyi öyrənildi. Şirkət də aktyorun bu qərarına hörmətlə yanaşdı. İki uşaq atası Uygunun bir müddət dincəldikdən sonra yeni layihələrə imza atacağı güman edilir.

Günel Həbib

O.M.